Stanislav Namaşko Keşlə FK-da

2019-07-05 09:04:42

" Keşlə FK növbəti transfer həyata keçirdi. "

Stanislav Namaşko Keşlə FK-da
Belə ki, klub rəhbərliyi ilə qapıçı Stanislav Namaşko arasında əməkdaşlıq müqaviləsi imzalandı. Moldova milli komandasının üzvü olan futbolçu ilə müqavilə 1+1 şərti ilə bağlanmışdır.
 
10 noyabr 1986-cı il təvəllüdlü S.Namaşko Moldovanın müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarına da dəvət almaqla yanaşı, "Tiraspol" (Moldova), "Şerif" (Moldova), "Kuban" (Rusiya), "Spartak-Nalçik" (Rusiya), "Volqar" (Rusiya), "Dinamo-Avto" (Moldova), AZAL (Azərbaycan), "Levadiakos" (Yunanıstan), "Deçiç" (Montenegro) komandalarında da çıxış etmişdir. Onun son klubu Montenegronun "Zeta" komandası olmuşdur.