Xoş gəldin, Şohruh!

2019-12-11 07:58:21

" Şohruh Qadoyev karyerasını "Keşlə"də davam etdirəcək. Komandamız Özbəkistan millisinin üzvü ilə 1,5 illik müqavilə imzalayıb. "

Xoş gəldin, Şohruh!

27 yaşlı yarımmüdafiəçi karyerasına "Nasaf" klubunda başlayıb. Daha sonra Bəhrəynin "Al-Muharraq" və Cənubi Koreyanın "Daejeon Citizen", həmçinin öz ölkəsində "Buxara" və "Bunyodkor" klublarının da şərəfini qoruyub.

Qadoyev Özbəkistan milli komandasının heyətində 14 oyun keçirib və 1 qol vurub.