Keşlə FK-nın rəqibləri məlum oldu

2018-12-25 18:24:23

" Məlumat verdiyimiz kimi, Keşlə FK-nın qış təlim-məşq toplanışı iki hissədən ibarət olacaq. "

Keşlə FK-nın rəqibləri məlum oldu

Komandamız qış hazırlığına ilk olaraq Bakı şəhərində start verəcək. İkinci mərhələdə komandamız hazırlaşmaq üçün Türkiyənin Antalya mahalına yollanacaq. Ayın 12-dən start götürəcək ümumi hazırlıq mərhələsi 26.01.2019-ci il tarixdə başa çatacaq.

Türkiyə toplanışı çərçivəsində Keşlə FK 17.01.2019, 20.01.2019, 23.01.2019 və 25.01.2019-cu il tarixlərində yoxlama matçları keçirməyi planlaşdırır.

Oyunların siyahısı aşağıdakı kimidir:

17.01.2019. Keşlə FK- Okjetpes M (Qazaxıstan,1-ci liqa)

23.01.2019. Keşlə FK- CS Concordia Chiajna (Rumıniya, 1-ci liqa)

25.01.2019. Keşlə FK- Çertanovo FK (Rusiya, Moskva, MFL)

20.01.2019-cu il tarixdə də oyun keçirilməsi planlaşdırılır. Rəqib komanda müəyyənləşdikdən sonra məlumat veriləcək.