“Keşlə” FK kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

2019-12-11 12:30:27

" Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatından 16 il keçir. "

“Keşlə” FK kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bu gün “Keşlə” Futbol Klubunun kollektivi Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. “Keşlə” rəhbərliyi, həmçinin məşqçi və futbolçu heyəti Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.